Kamçatkada itən An-26 təyyarəsində məmurlar da olub

“İlkin məlumatlara görə, təyyarədə administrasiyanın səfərbərlik şöbəsinin rəisi Aleksandr Andreykin və maliyyə idarəsinə rəhbərlik edən arvadı Olqa Andreykina olub”.

Source: Specify Source


Sakit okean donanması təyyarənin axtarışına başlayıb

İyulun 6-sı dispetçerlə əlaqəsi kəsilən An-26 təyyarəsində Palan qəsəbəsinin sakinləri, o cümlədən yerli administrasiyanın məmurları olub. Bu barədə TASS xəbər verir.

“İlkin məlumatlara görə, təyyarədə administrasiyanın səfərbərlik şöbəsinin rəisi Aleksandr Andreykin və maliyyə idarəsinə rəhbərlik edən arvadı Olqa Andreykina olub”, – mənbə agentliyə xəbər verib. İtkin düşmüş təyyarənin sərnişinləri arasında həmçinin qəsəbə başçısı Olqa Moxireva da var.

Daha əvvəl verilən xəbərə görə, Petropavlovsk-Kamçatkadan Palan qəsəbəsinə uçan təyyarənin göyərtəsində 26 sərnişin, o cümlədən 6 heyət üzvü olub. Sakit okean donanması təyyarənin axtarışına başlayıb.

Ana səhifəDünyaKamçatkada itən An-26 təyyarəsində məmurlar da olub