Kadırov gürcü jurnalistinə qarşı

Çeçen lideri jurnalist “sifariş etdiyini” inkar edir, lakin onu öz düşməni adlandırır və onun “diz üstə çökməsini” tələb edir

Source: вафыва


Çeçen lideri jurnalist “sifariş etdiyini” inkar edir, lakin onu öz düşməni adlandırır və onun “diz üstə çökməsini” tələb edir

Gürcüstanda saxlanılmış Rusiya vətəndaşı “Mtavari arxi” müstəqil telekanalının jurnalisti Giorgi Qabuniyaya qarşı sui-qəsd hazırlayıb. Jurnalisti Çeçenistan Prezidenti Ramzan Kadırov “sifariş edib” – səbəbsə onun ötən il birbaşa yayımda Vladimir Putini ana söyüşü ilə söyməsi olub. “Mtvari” teleşirkətinin baş direktoru Nika Qvaramiya bazar ertəsi bu cür bəyanat verib.

Bu xəbərlə bağlı bilməli olduğunuz bütün məlumatları cəmləyirik.


Saxlanılan şəxs barədə nə məlumdur

“Mtavari” teleşirkətinin baş direktoru Nika Qvaramiya iyunun 15-i bazar ertəsi onun haqqında

bunları deyib

:

“Gürcüstanın əks-terror xidməti Rusiya vətəndaşı, 1982-ci il dekabrın 21-i İnquşetiyada doğulmuş, millətcə inquş Vasambek Badrieviç Bokovu saxlayıb. Həbsin rəsmi səbəbinin Giorgi Qabuniyanın Ramzan Kadırov tərəfidən sifariş verilmiş planlaşdırılmış qətli ilə əlaqəsi yoxdur. Gürcüstan hökuməti bu barədə Ukraynanın hüquq-mühafizə orqanlarından xəbər tutub”, – Qvaramiya bəyan edib. O, Gürcüstan və Ukrayna hüquq-mühafizə orqanlarını qısa müddət ərzində işlə bağlı mümkün maksimal məlumatı elan etməyə çağırıb.

Onun sözlərinə görə, artıq bir neçə aydır ki, jurnalisti izləyirdilər. Qabuniyanın ortadan qaldırılması Ukraynada planlaşdırılıb və əlaqələndirilib, Çeçenistandan idarə edilib, “Mtvari arxi” teleşirkətinin direktoru Nika Qvaramiya deyib.

Qvaramiya xəbər verib ki, gürcü tərəfi alınmış informasiyanı əvvəlcə Ukraynadakı “gürcü lobbisi”nin provokasiyası kimi qiymətləndirib. Hərçənd Qabuniyanı müdafiə ilə təmin edib.


Hökumətin reaksiya necə olub

Gürcüstan hökuməti teleşirkətin bəyanatına heç cür şərh verməyib. Dövlət təhlükəsizlik xidməti sifarişli qətlin hazırlanmasında şübhəli bilinən Rusiya vətəndaşının Tbilisidə saxlanılması barədə informasiyanı təsdiqləyib. Bununla belə jurnalistin adı çəkilməyib.

Giorgi Qabuniya qeyd edib ki, onunla heç kəs əlaqə saxlamayıb, təkcə ombudsman zəng edib.


Jurnalist necə reaksiya verib

Jurnalistin sözlərinə görə, ona təhlükəsizliklə bağlı xəbərdarlıq ediblər. “Mənə demişdilər ki, sərhəddən kənar səfərlər zamanı ehtiyatlı olmuşam”, – o aydınlaşdırıb.O əlavə edib ki, özünü təhlükəsiz hiss etmir, üstəlik hesab edir ki, təhlükədə olan təkcə o deyil.

“Söhbət sözdən gedir. Söylədiyim kiminsə xoşuna gəlməyib və onlar mənim üzərimə killer göndəriblər. Onda bəs öz etirazlarını daha kəsərli şəkildə bildirən adamları nə gözləyir?” – Qabuniya deyib.


Jurnalist qalmaqallı yayımda nə söyləyib

Giorgi Qabuniya 2019-cu il iyulun 7-i həmin vaxt “Rustavi-2” teleşirkətində yayımlanan müəllif verilişində Rusiyanın Prezidenti Vladimir Putini ana söyüşü ilə söyüb. Qabuniya bir neçə dəqiqə ərzində Putini söyüb. Sonra teleşirkət bəyan edib ki, efir onunla razılaşmayıb.

Ötən ildən “Rustavi-2”-yə rəhbərlik edən Nika Qvaramiya teletamaşaçılardan Qabuniyanın efirdəki davranışına görə üzr istəyib və bəyan edib ki, Rusiya siyasətinə olan narazılığı tamamilə paylaşır, lakin hesab edir ki, jurnalist sözünü ”daha münasib şəkildə” söyləməlidir.

Qalmaqallı şounun yayımı ötən yay Gürcüstanda gürcü rəhbərliyinin Rusiyayönlü siyasətinə qarşı keçirilən genişmiqyaslı aksiyalar fonunda olub. Lakin jurnalistin çıxışı çoxunun xoşuna gəlməyib, hətta gecə “Rustavi” teleşirkətinin binasının qarşısında kiçik miqyasda etiraz aksiyası keçirilib.


Kadırovun bu məsələ ilə nə əlaqəsi var

Çeçenistan Prezidenti Ramzan Kadırov hələ ötən il “Rustavi-2” teleşirkətindən və onun aparıcısından üzr istəməyi tələb edib. “Dünyada Vladimir Putinə dərin hörmət bəsləyən milyonlarla gənc var. Qabuniyanı yeddi qıfıllı qapı arxasında gizlətmək lazımdır, çünki ilk qarşısına çıxan adam onunla layiq olduğu şəkildə davrana bilər”, – Kadırov 2019-cu il iyulun 8-də öz teleqram-kanalında yazıb.

Kadırov hazırda sui-qəsd cəhdini inkar edir, lakin gürcü jurnalistini “diz üstə çöküb üzr istəməyi tələb edir”.

“Cənablar, inanın ki, mənim tapşırığımla hərəkət edən kəs onu gerçəkləşdirir, bir də ki əgər tapşırığı xəlvət yerinə yetirmək lazımdırsa, heç kəs, üstəlik dərin durğun vəziyyətdə olan ölkələriniz bundan xəbər tutmayacaq”, – Kadırov öz “Teleqram” hesabında yazıb.

O, bu xəbərdə həmçinin yazıb: “Amma mən qeyd edirəm ki, biz onun Dövlətimizi, Xalqımızı, deməli, şəxsən məni necə təhqir etdiyini unutmamışıq. Əvvəl də dediyim kimi, Giorgi Qabuniya yaxşısı budur, diz üstə çöküb dedyinə görə üzr istəsin. O, bir adamı deyil, bütün rusiyalıları təhqir edib. Gürcü hökumətinə müraciət edərək deyirəm ki, bu vətəndaşın yenidən tərbiyə edilməsi üçün tədbir görsün. Ona düzgün nəticə çıxarmağı və ağlını başına yığmağı tövsiyə edirəm. Əks halda, təkrar edirəm, o, mənim düşmənim olaraq qalacaq”.


Cəmiyyətin reaksiyası necə olub

“Facebook”-un gürcü seqmentinin istifadəçiləri iki şərti düşərgəyə bölünüb. Birinci düşərgə Qabuniyanı ələ salır və onu gerçəkdən öldürmək istədiklərinə inanmır. İkinci düşərgə Kadırovun öz opponentlərini ovladığını xatırladır – üstəlik öz ovunu Çeçenistan uzaqda da təqib edir. Məsələn, bu kontekstdə İsveçdə yaşayan bloger Tumso Abdurrahmanovun ona qarşı edilmiş sui-qəsddə möcüzə nəticəsində sağ qalması, ya da 2017-ci ildə Kiyevdə qətlə yetirilmiş fəal Amina Okyevanı xatırlanır. Kadırov rejiminin opponentlərinin qətli haqda ətraflı

bu materialda öyrənmək olar

.

Ana səhifəDünyaKadırov gürcü jurnalistinə qarşı