“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı polisə çağırılıb.
O, bu barədə Meydan TV-yə belə deyib:
“Bu gün saat 15:00 üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağrılmışam. Səbəbini izah etməyiblər. Dedilər ki, gəl, söhbətimiz var. Mən də məişət işlərimlə bağlı ancaq saat 4-də gedə biləcəyəm”.
Əvəz Zeynallı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2015-cil dekabrın 29-da dövlət başçısı İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.