Jurnalist nazir Ramil Usubova müraciət etdi

“Nazirdən hansı səbəbə görə pasportumun fəaliyyətinin dayandırılmasını, ümumiyyətlə belə qərarın olub-olmadığını, hazırda əlimdəki pasportun hansısa işə yarayıb-yaramaması kimi suallara səlahiyyəti çərçivəsində aydınlıq gətirilməsini xahiş etmişəm”

Source:

Sentyabrın 8-də Gürcüstana buraxılmayan “Azadlıq” qəzeti və “Azərbaycan saatı” tele-proqramının əməkdaşı Natiq Ədilov daxili işlər naziri Ramil Usubova müraciət edib.

Natiq Ədilov Meydan TV-yə bildirib ki, o, müraciətində ötən gün sərhədçilərin verdiyi izahatdan (DİN-nin onun pasportunu fəaliyyətsiz elan etməsi) və buna görə ölkə hüduqlarından kənar çıxa bilməməsindən söz açıb.

“Daha sonra isə nazirdən hansı səbəbə görə pasportumun fəaliyyətinin dayandırılmasını, ümumiyyətlə belə qərarın olub-olmadığını, hazırda əlimdəki pasportun hansısa işə yarayıb-yaramaması kimi suallara səlahiyyəti çərçivəsində aydınlıq gətirilməsini xahiş etmişəm”,- deyə Ədilov bildirib.

Ana səhifəXəbərlərJurnalist nazir Ramil Usubova müraciət etdi