O, polisə yolu bağladığına görə irad tutub
Noyabrın 21-də Xətai Rayon Məhkəməsinin qarşısında jurnalist İslam Şıxəlinin saxlanıldığı bildirilir.
İslam Şıxəli həmkarı Sevinc Vaqifqızının məhkəmə prosesindən reportaj hazırlamaq istəyərkən polislər adamları itələyərək onlara yolu bağlamaqda irad tutub.
Bu məqamda İslam Şıxəlinin polislərin özlərinin yolu bağladıqları reaksiyası onun saxlanması ilə nəticələnib.
Bu gün “AbzasMedia”nın baş redaktoru Sevinc Abbasovaya (Vaqifqızı) qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.
Bu gün Xətai Rayon Məhkəməsində ona hökm veriləcəyi gözlənilir.
Noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli də saxlanılıb.
Ona qarşı da eyni ittiham irəli sürülüb.
Barələrində verilən ittiham təsdiq edilərsə, onları 8 ilədək həbs cəzası gözləyir.
İctimai fəal Məhəmməd Kekalov da evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb.
Bir gündən artıqdır ki, ondan xəbər yoxdur.