Koronavirusa yoluxan idman jurnalisti, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu vəfat edib.
Mərhumun qardaşı Rəşad Şükürov məlumatı APA-ya təsdiqləyib. Əşrəfoğlunun ölüm səbəbi koronavirusa yoluxması olub.
Elnur Əşrəfoğlu bu il sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra xəstəxanaya köçürülmüşdü.
Əşrəfoğlunun anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək oğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş etmişdi. Bundan sonra fond Əşrəfoğlunun müalicəsini nəzarətə götürmüşdü.