Oktyabrın 28-də “Yüksəliş naminə” qəzetinin baş redaktor müavini Elçin Həsənov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Bu barədə “
yukselis.info
”ya hüquq müdafiəçisi Elçin Məmməd məlumat verib. Elçin Məmmədin sözlərinə görə, BMCMİ–nin Şöhrət adlı müstəntiqi jurnalistin mobil nömrəsinə zəng edərək, onun barasində CM-nin 311.1-ci maddəsi ilə cinayət işi açıldığını və onun təqsirləndirilən şəxs kimi istintaqa cəlb olunduğunu bildirib.
E.Həsənov bu ilin aprelində AŞPA sesiyasında iştirak etmək üçün Strasburqa gedərkən sərhəd-keçid məntəqəsində saxlanılıb və Qazax RPŞ əməkdaşları tərəfindən qanunsuz hərəkətə məruz qalıb. Bu barədə DİN-ə edilən şikayətdən sonra bildirilib ki, E.Həsənovun barəsində Nizami RPİ-nin İstintaq şöbəsində CM-nin 221.1 maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb və istintaq aparılır. Ona görə də E.Həsənovun ölkədən çıxışına qadağa qoyulub. Hansı səbəbdən və kimin şikayəti əsasında cinayət işi açdıqları barədə isə məlumat yoxdur.