Jurnalist aliment borcunu ödəyib azadlığa çıxdı

Gəncə Apelyasiya Məhkəməsi Səxavət Məmməd barəsindəki qərarı ləğv etdi

Source: Facebook

Gəncə Apelyasiya Məhkəməsi mayın 28-də “Yeniçağ” saytının müxbiri Səxavət Məmmədin azad olunması haqda qərar çıxarıb.

Məlumatı Meydan TV-yə jurnalistin çalışdığı “Yeniçağ” saytından veriblər.

Bildirilib ki, jurnalist keçmiş həyat yoldaşına ödəməli olduğu 3 min 900 manatı ödəyib:

“Təəccüblüdür ki, Ağdam Rayon Məhkəməsində Səxavət Məmmədin 3 min manat borcu olduğu bildirilmişdi, amma Gəncə Apelyasiya Məhkəməsində 900 manat artırıldı. Jurnalist öncədən də həmin məbləği ödəməyə hazır idi, ancaq məhkəmə həbs qərarı çıxardı”.

Həmkarları jurnalistin həbsində səbəb kimi bloqunda “Trollara cavab: Qələbə üçün ilk zərurət – Nəcməddin Sadıkov yerinə hansı fərarini gətirir?” başlıqlı yazısını göstərirdi.

Ana səhifəXəbərlərJurnalist aliment borcunu ödəyib azadlığa çıxdı