İyulun hava proqnozu açıqlanıb

Bəzi yerlərdə yağıntı çox olacaq

Source:


Bəzi yerlərdə yağıntı çox olacaq

İyul ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirib ki, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

Məlumatı APA yayıb.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 24-28 dərəcə isti (gecələr 22-27, gündüzlər 29-34, bəzi günlərdə 36-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 2-3 mm) olacağı gözlənilir.

Ana səhifəXəbərlərİyulun hava proqnozu açıqlanıb