IWPR-in Bakı ofisi fəaliyyətini dayandırdı

Londonda yerləşən Hərb və Sülh Araşdırmaları İnstitutunun (IWPR) Bakı ofisi fəaliyyətini tamamilə dayandırıb

Source:
IWPR, logo
IWPR, logo


Londonda yerləşən Hərb və Sülh Araşdırmaları İnstitutunun (IWPR) Bakı ofisi fəaliyyətini tamamilə dayandırıb

.

Bu barədə AzadlıqRadiosuna məlumat verən ofisin koordinatoru Şahin Rzayevin bildirməsinə görə, onların Bakıdakı ofisi ötən il dayandırılsa da, beynəlxalq layihələrdə təmsil olunublar: «QHT qanunvericiliyində baş vermiş dəyişikliklərdən sonra ofisi bağladıq. Çünki qanunvericiliyin şərtləri bunu tələb edirdi, maliyyə əldə etmək prosesində çətinlik yaranmışdı».

Ş.Rzayev deyir ki, bir müddət beynəlxalq layihələrdə fəaliyyətlərinə davam ediblər: «Ancaq bu da dayandı, artıq bitdi. Mövcud şərtlər bu cür davam etməyə belə imkan vermir».

IWPR-in Bakı ofisi 1999-cu ildən fəaliyyət göstərirdi. 500-dən çox yerli tələbə və jurnalist təşkilatın layihələrində iştirak edib.

IWPR-in Bakı ofisi milli azlıqlar, dini ekstremizm, gender problemləri, insan haqları və başqa mövzular üzrə çoxlu jurnalist araşdırmalarını maliyyələşdirib.

IWPR dünyanın 30-dan çoxölkəsində təmsil olunur.

Ekspertlər hesab edirlər ki, son illər QHT qanunvericiliyində baş vermiş dəyişikliklər bir sıra yerli və xarici təşkilatlara ciddi problemlər yaradıb. Bəzi xarici QHT-lər son illər ölkəni tərk edib. Yerli QHT-lərdən də fəaliyyətini dayandıranlar az deyil.

Ana səhifəXəbərlərIWPR-in Bakı ofisi fəaliyyətini dayandırdı