İTSDA: “Koronavirusa görə tibb işçilərinə 4,3 milyon manat ödənilib”

Həkim, Niyazz/shutterstock

“Mart-aprel ayları üzrə 4,3 milyondan çox müddətli əlavə və mükafat ödənilib”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) bu ilin mart-aprel ayları ərzində yeni növ koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə 3,8 milyon manatdan artıq müddətli əlavənin ödənildiyini açıqlayıb.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentliyin yaydığı məlumatda həmçinin qeyd olunur ki, qeyri-tibb işçilərinə isə 0,5 milyon manatdan çox pul ödənişi edilib.

Mənbə: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Koronavirusla mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə də bu ilin eyni ayları ərzində 1 466,40 manat məbləğində müddətli əlavə ödənilib.

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, mart və aprel ayları üzrə 500 manat məbləğində mükafat verilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Foto: “its.gov.az”

Agentlik bildirir ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq mart-aprel ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il iyulun 1-dək uzadılıb.

Pandemiya başlayandan 2020 və 2021-ci illərdə koronavirusla mübarizə məqsədilə ayrılmış müddətli əlavə ödənişlərin verilmədiyi barəsində etirazlar olmuşdu.

Aydın Əliyev
Foto: İTV

Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müaivini, radioloq-həkim Aydın Əliyev koronavirusla mübarizə aparan həkimlərin ikinci aydır ki, maaşlarını ala bilmədiklərini demişdi.

İqtisadçı Natiq Cəfərli isə vurğulamışdı ki, koronavirusla mübarizəyə görə həkimlər üçün nəzərdə tutulmuş əlavə ödənişlərin verilməməsi korrupsiya halı kimi dəyərləndirilə bilər.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

Koronavirus 2019-cu ilin sonunda ilk dəfə Çində yayılıb.

2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

2022-ci ilin əvvəlindən bütün dünyada olduğu kimi Azərbaycanda da virusa yoluxma halı kəskin enib.

Aprelin 22-də Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq edilən bəzi tələblər ləğv edilib.

Baş nazir Əli Əsədovun “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” imzaladığı qərarə əsasən, ölkədə xüsusi karantin rejiminin müddəti bu ilin iyulun 1-i saat 06:00-dək uzadılıb.

Azərbaycanda son günlər COVID-19 infeksiyasına yoluxma sayı artıb.

Bununla bağlı iyulun 18-də Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumat yayıb.

Ana səhifəSağlıqİTSDA: “Koronavirusa görə tibb işçilərinə 4,3 milyon manat ödənilib”