İstidə açıq havada işləmək olmaz

Dövlət Əmək Müfəttişliyi Xidməti müassisələrə göstəriş verdi

Source:


Dövlət Əmək Müfəttişliyi Xidməti müassisələrə göstəriş verdi

Avqustun 20-də Azərbaycanda havanın temperaturu 41 dərəcədən yuxarı olduğundan saat 17.00-dək açıq havada işləmək yasaqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bununla bağlı idarə, müəssisə və təşkilatlara göstəriş verib. DƏMX bildirib ki, işçilərin həyat və sağlamlığının mühafizəsi üçün istidə açıq havada işləmək olmaz.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi  yayıb.

DƏMX  bildirir ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun bütün işəgötürənlər, mülkiyyət formasından asılı olmayaraq, acıq havada və soyuducu qurğuları olmayan, örtülü yerlərdə bütün növ işləri dayandırmalı və yaxud işçilərin sərinləməsi üçün fasilələr verməlidirlər. Fasilənin sayı və müddəti  işəgötürənlə  Həmkarlar  İttifaqının  birgə qərarı əsasında müəyyən olunur. Verilmiş bütün fasilələr iş vaxtına daxil edilir və aylıq tarif maaşına hesablanır.

Əmək Məcəlləsindən irəli gələn müvafiq tələblərin yerinə yetirilməməsinə görə işəgötürənlərə İnzibati Xətalar Məcəlləsi (İXM) ilə məsuliyyətə cəlb oluna biləcəkləri xəbərdalığı edirlir. İXM-nin 54-cü maddəsinə əsasən, işçilərin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə işəgötürənlərin 1000 manatdan 2000 manata qədər cərimə olunması nəzərdə tutulur.

DƏMX tərəfindən hazırda ölkənin bütün regionları, xüsusən aran zonaları üzrə bu sahədə vəziyyətə dövlət nəzarətini təmin etmək üçün işçi  qruplar yaradılıb (Turan İA).

Ana səhifəXəbərlərİstidə açıq havada işləmək olmaz