İş üzrə ümumilikdə 83 nəfər şübhəli bilinir
İspaniya polisi Avropolun dəstəyi ilə danışılmış tennis oyunlarının təşkil edilməsində şübhəli bilinən 83 nəfəri saxlayıb.
“BBC”
-nin məlumatına görə, Ermənistan vətəndaşlarının daxil olduğu qruplaşma oyunçuları ələ almaqla, pul qazanıb. Saxlanılanlar arasında 28 peşəkar tennisçi var.
Polisin fikrincə danışılmış oyunlarda “ITF Futures” və “Challenger” kateqoriyalarında çıxış edən tennisçilər iştirak edib.
Polis bildirib ki, beynəlxalq və milli səviyyədə oyunlara pul qoyulurdu və cinayətkar qruplaşmanın üzvləri oyunları izləyərək, ələ alınmış tennisçilərin danışığa necə əməl etdiklərini nəzarətdə saxlayıblar.
Şübhəli bilinən şəxslərin adlarını polis açıqlamayıb.
Əməliyyat günü 11 ünvanda axtarış aparılıb, 167 min avro nağd pul, kredit kartları, pistolet, 50 elektron qurğu, beş bahalı maşın, sənədlər götürülüb. Bundan başqa 42 bank hesabı dondurulub.
“Euronews”
telekanalının məlumatına görə, 2017-ci ilin fevralından ümumilikdə 97 danışılmış oyun təşkil edilib.
Bu Avropada ifşa edilən ilk erməni qruplaşması deyil. Belə ki, 2018-ci ilin iyununda
Belçika
da danışılmış tennis oyunları təşkil etməkdə şübhəli bilinən erməni qruplaşmasının üzvləriin saxlanıldığı elan edilib.
2018-ci ilin iyulu
nda isə İspaniya polisi soyğunçuluq, çirkli pulların yuyulması, danışılmış idman oyunları, Avropanın şərqindən qərbinə tütün qaçaqmalçılığı ilə məşğul olan böyük erməni mafiyasını ifşa etdiyini bəyan edib.