İspan polisi Avropada erməni mafiyasını ifşa etdiyini bildirib

Saxlanılanlara qarşı dələduzluqdan tutmuş, narkotrafikə qədər ittihamlar irəli sürülüb

Source:


Saxlanılanlara qarşı dələduzluqdan tutmuş, narkotrafikə qədər ittihamlar irəli sürülüb

Avropada böyük erməni mafiyası soyğunçuluq, çirkli pulların yuyulması, danışılmış idman oyunları, Avropanın şərqindən qərbinə tütün qaçaqmalçılığı ilə məşğul olub.

Bu barədə iyulun 5-də Madriddə keçirilən mətbuat konfransında İspaniyanın

Milli Polis

inin nümayəndələri bildiriblər.

Erməni mafiyasına qarşı əməliyyatın sonuncu fazası iyunun 26-da keçirilib.

Polisin verdiyi məlumata əsasən, ümumilikdə 129 nəfər həbs edilib, Madriddə, Barselonada, Valensiyada, Alikantada, Mursiyada, Jironada, Qranadada 74 axtarış aparılıb.

Saxlanılanlara qarşı korrupsiya, reket, qeyri-qanuni silah saxlama, narkotrafik, çirkli pulların yuyulması, mənzillərin soyulması, tütün qaçaqmalçılığı, saxta sənədlərin hazırlanması, avtomobillərin qeyri-qanuni daşınması, dələduzluq ittihamları irəli sürülüb.

Axtarışlar nəticəsində 100 min avro nağd pul, doqquz odlu silah, patronlar, zirehli jiletlər, zinət əşyalarının əridilməsi üçün avadanlıq, böyük partiya tütün aşkar edilib.

Polis bildirib ki, mafiyanın üzvləri müxtəlif idman yarışlarının nəticələri ilə manipulyasiya ediblər, o cümlədən post-sovet məkanında basketbol, çimərlik futbolu, şayba ilə hokkey, tennis yarışlarında iştirak edən idmançıları ələ alıblar. Qeyri-qanuni əməllərə 20-ə yaxın idmançı cəlb edilib.

Bundan başqa mafiya Valensiya və Alikantada mənzillərdə soyğunçuluqla, Ukrayna və Polşadan Fransa, İtaliya və İspaniyaya tütün qaçaqmalçılığı, Belçika və Almaniyada alınan avtomobillərin sayğacını yeniləyib, sənədlərini dəyişdirərək İspaniyada satışı ilə məşğul olublar.

Araşdırma 2016-cı ildə Tarrasada (Kataloniya) gürcü cinayət qrupu ilə əlaqəsi olan iki Gürcüstan vətəndaşının öldürülməsindən sonra başlayıb.

Əməliyyatın birinci fazası çərçivəsində 2017-ci ilin noyabrında gürcü mafiyasının 30 üzvü həbs edilib. Əməliyyatın ikinci hissəsi erməni qruplaşmasının zərərsizləşdirilməsinə həsr edilib.

Mafiya üzvlərinin ABŞ, Fransa, İtaliya, Belçika, Litvada əlaqələri olub.

Əməliyyatda ispan polisindən başqa, Gürcüstanın kriminal polisi, İnterpol və Avropol da iştirak edib.


İyunun 6-da

Belçika polisi analoji ittihamlarla beş erməninin həbs edildiyi barədə məlumat yaymışdı.

Ana səhifəXəbərlərİspan polisi Avropada erməni mafiyasını ifşa etdiyini bildirib