İsmayıllıda “Kartof Festivalı” kütləvi zəhərlənmə ilə nəticələnib

İlkin məlumata görə, adı çəkilən şəxslərin festivalda satılan dönəri yedikdən sonra halı pisləşib.

Source: meydan tv


Yeddi nəfərin festivalda satılan dönəri yedikdən sonra halı pisləşib

İsmayıllı rayonunun Talıstan kəndində keçirilən “Kartof Festivalı”nda kütləvi zəhərlənmə qeydə alınıb.

“APA”-nın məlumatına görə, festival iştirakçılarından 7 nəfərin – İsmayıllının Təzəkənd kənd sakinləri – 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri – 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, adı çəkilən şəxslərin festivalda satılan dönəri yedikdən sonra halı pisləşib. Onların zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Ana səhifəİqtisadiyyatİsmayıllıda “Kartof Festivalı” kütləvi zəhərlənmə ilə nəticələnib