İslam Şıxəlidən də Meydan TV-ni soruşublar

“Azadlıq Radiosu, mənim bu radiodan məvacib alıb-almamağım, yaşadığım ünvanla bağlı suallar verdilər”

Source:


“Azadlıq Radiosu, mənim bu radiodan məvacib alıb-almamağım, yaşadığım ünvanla bağlı suallar verdilər”

Sentyabrın 28-də Azadlıq Radiosunun əməkdaşı İslam Şıxəli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Məlumatı jurnalistin özü açıqlayıb.

İ.Şıxəli “Meydan” TV-nin işi ilə bağlı aparılan araşdırmaya görə dindirildiyi deyib: “Mənə “Meydan” TV ilə bağlı suallar verildi. Soruşdular ki, “Meydan” TV ilə kimin əməkdaşlıq edib-etmədiyini sual etdilər. Daha sonra Azadlıq Radiosu, mənim bu radiodan məvacib alıb-almamağım, yaşadığım ünvanla bağlı suallar verdilər. Nəyə görə ailəmin yanında deyil, kirayədə yaşadığımı soruşdular”.

 Sentyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşları vəkilin iştirakı olmadan İslam Şıxəlinin yaşadığı mənzildə axtarış aparıblar, onun kamerasını və digər lavazimatlarını müsadirə ediblər.

Ana səhifəXəbərlərİslam Şıxəlidən də Meydan TV-ni soruşublar