“İŞİD-in əməllərinin “sünni-şiə savaşı” kimi göstərməsi əsassızdır”

Şahin Həsənli: “Terror qruplaşmalarına qarşı məzhəb ayrıseçkiliyi etmədən mübarizə aparmaq lazımdır”

Source:


Şahin Həsənli: “Terror qruplaşmalarına qarşı məzhəb ayrıseçkiliyi etmədən mübarizə aparmaq lazımdır”

“Noyabrın 23-24-də İranın Qum şəhərində dini radikallığa və təkfirçiliyə qarşı keçirilən konfransda din xadimlərinin çıxışlarında özünütənqid xətti güclü idi. Bu özünütənqid məqam xüsusi diqqət çəkib. Çıxış edən din xadimləri din adına radikal qüvvələrin ortaya çıxmasına, islam ölkələrindəku mövcud duruma görə din xadimlərinin də məsuliyyətləri olduqlarını vurğulayıblar”

“Turan İA”-nin məlumatına əsasən, bu məlumatı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli məlum konfransı şərh edərkən bildirib.

QMİ sözçüsünün söylədiyinə görə, konfransda bir çox din xadimləri mövcud durumu indiyə kimi dini təbliğdə yol verilən təhriflərin, dinin ehkamçılıq üstündə təbliğinin nəticəsi sayıblar. Tədbirdə həmçinin, bəzi Qərb dövlətləri terrorçuluğu stimullaşdırmaqda ittiham ediliblər. Qərb dövlətlərinin stimullaşdırdıqları terror qruplarına qarşı mübarizəsi terrora qarşı “mübarizə görüntüsü” yaratmaq kimi təsnif edilib. Eyni zamanda tədbir iştirakçıları belə tənqidlərlə kifayətlənməklə islam dünyasındakı durumu dəyişdirməyin mümkün olmadığını da nəzərə çatdırıblar.

Ş.Həsənli bildirib ki, din xadimləri islam dünyasında mövcud durumu müsbətə dəyişə bilmək üçün çıxış yollarından biri kimi dini ehkamçılıq üstə yox, ürfan və fəlsəfi əsasda təbliğini önə çəkiblər. Həm də qeyd olunub ki, artıq dini təbliğdə hiss, məzhəbçilik yox, əqli düşüncə, ümmətçilik vəhdəti və “bəndə-Allaha məhəbbət” düsturu önə keçməlidir. İslam alimlərinin açqılamalarına görə, dinin belə şəkildə təbliği islamda məzhəblərarası yaxınlığa səbəb olar.

İndiki halda isə din adına ortaya çıxan terror qruplaşmalarına qarşı mübarizədə sünni və şiə məzhəbinin eyni mövqedən çxış etməsinin zərurət olduğu da qeyd edilib. İstər sünni, istər şiə məzhəbi belə radikal dini qrupların nəinki islamdakı məzhəblərə, hətta bütünlükdə islama aid olmadığını sübut etməldirilər. Ş.Həsənli deyib ki, adı radikal dini cərəyanlaraı dəstkələmdə hallanan Səudiyyə Ərəbistanı müftiləri də çıxışlarında bu mövqeyi dəstəkləyiblər.

Din xadimləri “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror qruplaşmasının əməllərini “sünni-şiə savaşı” kimi göstərməsini əsassız adlandırıblar və islam məzhəbləri arasında savaş olmadığını deyiblər. Buna yol verməyəclərini də bəyan ediblər.

Din xadimləri islamda belə radikal dini cərəyanların ortaya çıxmasını həm də islam dini alimlərinin əlaqələrindəki pərakəndiliyin, islamdakı problemlərin mütəmadi müzakirə olunmamasının nəticəsi kimi dəyərləndiriblər. “İslam alimləri radikallıq və təkfirçilik kimi əməllərdən ciddi ziyan çəkən islam ölkələrindəki duruma görə özlərini günahkar sayaraq, bunu radikal cərəyanların islama aid olmadığını sübut edə bilməmləri faktı kimi dəyərləndiriblər” – deyə Ş.Həsənli qeyd edib.

Ş.Həsənli tədbirdəki çıxışlara istinadən din ailmlərinin islam dünyasındakı problemlərə mövqelərinin dəyişdiyini, daha ciddi olduğunu deyib. Bundan əlavə, din alimləri təkfirçilik problemi barədə islam ölkələrində xüsusi tədbirlər keçirilməsinin təsirli olacağını deyiblər. Onların fikrincə, islamda bu radikal qurumlara qarşı mübarizəni tez başa çatdırmaq lazımdır. Alimlərə görə, bu radikal qurumların fəaliyyəti islam dünyasını dünya çaplı baxışdan islamdaxili məsələrə yönəldir.

Ş.Həsənli sonda bildirib ki, din xadimlərinin belə tədbirlərinin davamlı keçirilməsi islamdaxili mehribanlığın artmasına, ümmətçiliyin güclənməsinə xidmət edəcək, raikallıq və təkfirçiliyi sıradan çıxaracaq.

Ana səhifəXəbərlər“İŞİD-in əməllərinin “sünni-şiə savaşı” kimi göstərməsi əsassızdır”