Mənbə: Meydan TV

İşgəncələrlə bağlı konfrans: "Heydərizm rədd olsun"

İşgəncələrlə bağlı konfrans: "Heydərizm rədd olsun"

Polis zorakılığı, işgəncələr və qanunsuz həbslər... Repressiya və İşgəncələr Əleyhinə Komitənin oktyabrın 24-də keçirilən toplantısında bu barədə danışılıb. Komitənin sədri Oqtay Gülalıyev oktyabrın 19-da Milli Şuranın təşkil etdiyi mitinqdə zorakılığa məruz qalanlardan söz açıb.

Tədbirdə 19 oktyabr mitinqində zorakılığa məruz qalan İbrahim İbrahimli və 30 sutka inzibati həbs cəzası alan Tofiq Yaqublunun qızı Nigar Həzi çıxış edib.

Həmçinin 2012-ci Avroviziya yarışması zamanı həbs olunan, Gəncə hadisələri və aprel döyüşlərində öldürülən və həbs olunan şəxslərin yaxınları da ədalət tələb ediblər.

Repressiya və İşgəncələr Əleyhinə Komitə bəyanat yayaraq bildirib ki, aksiyalar zamanı iştirakçılara zor tətbiq edilib, buna görə işgəncə verənlər məsuliyyətə cəlb olunmalıdır. Daxili İşlər Nazirliyi isə deyilənləri yalanlayır. Rəsmi məlumatda bildirilib ki, polisin fəaliyyətinə dair bir neçə olay, Avropa dövlətlərində baş verən hadisələrlə montaj edilərək, sosial şəbəkələrdə paylaşılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1pdq9v

Ən çox baxılan