İşçilər maaşlarının gecikdiyini deyirlər

”SOCAR-ın bu özbaşınalığından dərin əziyyət çəkirik”

Source:


”SOCAR-ın bu özbaşınalığından dərin əziyyət çəkirik”

SOCAR-ın Sumqayıt şəhərində yerləşən Karbamid Zavodu inşaatının işçiləri şikayətçidir. Onlar aylardır məvaciblərini vaxtından gec aldıqlarını söyləyirlər.

Bu barədə məlumatı Meydan TV-yə inşaat işçiləri verib. Bildiriblər ki, gecikməyə səbəb SOCAR -in subpodratçı şirkətlərə ödəməni gecikdirməsidir:

“Aylardır yerli, əcnəbi fərqi yoxdur, nə sahə, nə də ofis işçiləri, əmək haqqlarını ala bilir. Və ya hər ay gecikmiş formada alırıq. SOCAR-ın bu özbaşınalığından dərin əziyyət çəkirik. Bu istirab aylardır davam edir”.

İşçilər aidiyyatı qurumlardan onların bu problemini həll etmələrini xahiş edirlər.

Meydan TV məsələyə münasibət öyrənmək üçün SOCAR-la əlaqə saxlayıb. SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev onlarda bu barədə məlumatın olmadığını söyləyib:

“Əgər belə bir problem varsa, şirkətə müraciət etsinlər. Bizə heç nə deyilməyib. Problemi araşdıracağıq”.

Azərbaycanın Sumqayıt şəhərində inşa olunan Karbamid Zavodunun tikintisi 2017-ci ilin sonu-2018-ci ilin əvvəlində başa çatdırılacaq. Layihənin maliyyələşdirilməsi üçün Koreya “Eximbank”ından kredit (6 aya 150 mln. avro) cəlb edilib.

Ana səhifəXəbərlərİşçilər maaşlarının gecikdiyini deyirlər