İş adamı Nizami Piriyev həbs olunub

Source:

İş adamı Nizami Piriyev həbs olunub.

APA

-nın məlumatına görə, o, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirli bilinir.

Nərimanov rayon məhkəməsinin qərarı ilə N. Piriyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Nizami Piriyev “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir.

“PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.

Bundan əlavə “PNN Group” şirkəti “De Beers” və “Hamley’s” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. “KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 “KFC” obyekti açıblar.

“PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.

Mayın 11-də

virtualaz.org

 saytı DIN-dəki mənbələrinə istinadən Nizami Piriyevlə yanaşı 70-ə yaxın şəxsin həbs olunduğu xəbərini yaymışdı. Həmin məlumatda deyilirdi ki, həbs olunanlar arasında Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı da var.

Virtualaz.org saytının  xəbərinə görə, məhkəmə sabiq icra başçısı barədə də 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Həmçini “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyevin də həbs olunduğu bildirilirdi. Lakin hələlik yalnız Nizami Piriyevin həbsi rəsmi şəkildə təsdiqlənib.

Ana səhifəXəbərlərİş adamı Nizami Piriyev həbs olunub