42 yaralıdan ikisinin vəziyyəti ağır qiymətləndirilir
İrəvanda nümayişin dağıdılması zamanı xüsusi vasitələrin tətbiq edilməsi nəticəsində yaralananların sayı artmaqdadır. İlkin məlumatlara görə, paytaxtın 5 tibb müəssisəsinə müxtəlif xəsarətlər almış 60 nəfər müraciət edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan öz “Facebook” səhifəsində yazıb.
Məlumata görə, “Surb Qriqor Lusavoriç” tibb mərkəzinə daxil olan 42 yaralıdan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Onlardan birinin gözü əməliyyat olunacaq, digəri isə yanıq xəsarətləri alıb.
Həmçinin “Erebuni” tibb mərkəzinə gətirilən 12 nəfərdən birinin vəziyyəti də ağırdır. Bura gətirilən və qarın nahiyəsindən odlu silah yarası alan 5 polisdən biri əməliyyat olunub. Digərlərinin vəziyyəti qənaətbəxşdir.