İraqın baş naziri: Referendumun nəticələri ləğv edilməlidir

Rusiya və Türkiyə prezidentləri İraq məsələsini müzakirə edəcəklər

Source:


Rusiya və Türkiyə prezidentləri İraq məsələsini müzakirə edəcəklər

«Referendum ləğv olunmalı, konstitusiya çərçivəsində dialoqa başlanmalıdır. Referendumun nəticələrilə bağlı heç vaxt danışıq aparmayacağıq».

Bu sözləri İraqın baş naziri Haidar al-Abadi sentyabrın 27-də deputatlar qarşısında çıxışı zamanı deyib.

Azadlıq Radiosu yazır ki, o, bu həftə muxtar kürd regionunda keçirilmiş müstəqillik referendumunun nəticələrinin ləğvini tələb edir:

«Konstitusiyaya uyğun olaraq, İraq qanununu bütün Kürdüstan regionunda tətbiq edəcəyik».

Bu bəyanatdan sonra avtonom regionun seçki orqanı 25 sentyabr referendumunun nəticələrini açıqlayıb, səsverməyə qatılanların 92.7 faizinin müstəqilliyi dəstəklədiyini, seçici iştirakının 72 faiz olduğunu bildirib.

«Reuters» agentliyinin yazdığına görə, parlament Abadi-dən xahiş edib ki, kürdlərin əlində olan Kərkükə əsgər göndərsin və neft yataqlarına nəzarəti ələ alsın. Parlamentin qəbul etdiyi qətnamədə belə deyilir.

“Türkiyəyə qarşı PKK təhdidləri artıb”

Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli hesab edir ki, Şimal İraq Kürdüstan muxtariyyətində keçirilən referendum bölgəni və bütün dünyanı oda atır.

Müdafiə naziri deyib ki, orta şərqdə etnik, dini tarazlığa toxunmaq olmaz: “Bu bölgədə indiyədək heç bir dövlətin proqnozu reallaşmayıb. Orta şərqin öz reallıqları var. Türkiyənin İraqla 350 kilometr sərhədi var və orada baş verənlərə Türkiyə biganə qala bilməz”. (APA)

Nurəddin Canikli

N.Caniklinin sözlərinə görə, Şimali İraqdakı referendumdan sonra həmin bölgədən Türkiyəyə qarşı PKK təhdidləri artıb: “Bölgədə biz bunu müşahidə edirik. Türkiyə buna laqeyd qala bilməz. Türkiyəyə yönəlik təhdidlərin aradan qaldırılması üçün bütün variantlar müzakirə olunur”.

N.Canikli onu da deyib ki, Kərkük və digər bölgələrdən türkmənlərin 2003-cü ildən köçürülməsinə və oraya başqa bir etnik qrupun yerləşdirilməsinə başlanıb: “Bu gün həmin bölgəyə Kərkük də daxil edilməyə çalışılır. Bu, yolverilməzdir”.


Prezidentlər görüşür

Rusiya prezidenti Vladimir Putin və Rəcəp Tayyip Ərdoğan isə sentyabrın 28-də Suriya və İraq mövzusunu müzakirə edəcəklər. Görüş Ankarada baş tutacaq.

Türkiyə mediasının yazdığına görə, Putinin bir günlük işçi səfərindən üç gün əvvəl iki dövlət başçısı telefon söhbətində İraq Kürdüstanının ziddiyyətli müstəqillik referendumu məsələsini müzakirə ediblər.

Sentyabrın 25-də İraqın şimalında referendum keçirilib və Kürdüstan özünün müstəqilliyini elan edib.

Multietnik region olan Kərkük 2014-cü ildən, İraq ordusu «İslam Dövləti» (İŞİD) yaraqlılarından qaçandan kürd peşmərgələrinin nəzarəti altındadır. Kürdlərin regionda olması neft yataqlarının yaraqlıların əlinə keçməsini əngəlləyib.

Kürd regional hökumətinə (KRG) Kərkük də daxildir. Türkman və ərəblərin yaşadığı, ancaq tarixən kürdlərin iddia etdiyi bu ərazidə də referendum keçirilib.

Putin və Ərdoğan

Türkiyə keçirilmiş referendumu pisləyib və regional hökumətin başçısı Məsud Bərzanini “xəyanətdə” ittiham edib.

Ankara Bağdadın və beynəlxalq birliyin də qarşı çıxdığı bu referendumu Türkiyənin milli təhlükəsizliyinə hədə sayır. Türkiyə narahatdır ki, İraq Kürdüstanının müstəqilliyi onun öz ərazisindəki kürd əhalini həyəcana gətirə bilər.

Kreml İraqın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, hələki kürd müstəqilliyi referendumunu konkret olaraq pisləməyib.

Kürdüstan regionunun hakimiyyət orqanları bildiriblər ki, referendumda səs verənlərin 92 faizi müstəqilliyi dəstəkləyib.

Moskva və Ankara Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyirlər. Rusiya və İran Suriya prezidenti Bəşər al-Assad-ın rejimini dəsytəkləyir, Türkiyə və ABŞ isə Assad hökumətinə qarşı olan müxtəlif qiyamçı qruplaşmalara dəstək verirlər.

Ana səhifəXəbərlərİraqın baş naziri: Referendumun nəticələri ləğv edilməlidir