”İraqda nüvə silahının yaradılması təhlükəsi olmayıb”

Con Çilkot: Britaniya İraqa BMT-nin icazəsi olmadan girib
Böyük Britaniya İraqa daxil olana qədər bu ölkədəki münaqişə sülh yolu ilə həllini tapa bilərdi. RİA “Novosti” agentliyinin verdiyi xəbərə görə, bu barədə 2003-2009-cu illərdə Böyük Britaniyanı İraq kampaniyasında iştirakını araşdıran komissiyanın sədri Con Çilkot araşdırmanın yekunlarına dair hesabatı təqdim edərkən deyib.

Source:
Tony Blair

Hesabatda qeyd olunur ki, Britaniya qoşunları İraqa BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan daxil olub.

C. Çilkot bildirib ki, əslində İraqda nüvə silahının yaradılması təhlükəsi olmayıb: “Hərbi müdaxiləyə səbəb rəsmi Bağdada qarşı yürüdülən sanksiyalar olub.Nəticədə hərbi müdaxilə qeyri-dəqiq, təsdiqlənməyən məlumatlar əsasında həyata keçirilib. Britaniya hökuməti bildirir ki, ABŞ hərbi müdaxiləyə və sonrakı dövrə zəif hazırlaşıb. Hərbçilər bir ay ərzində Bağdadın süqutu və Səddam Hüseynin ələ keçirilməsinə ümid edirdi. Lakin hərbi müdaxilə səhv addım idi və onun fəsadları indi də hiss olunur”, – deyə Çilkot bildirib.

Hesabat dərc olunandan sonra komissiyanın iclas keçirdiyi binanın qarşısına onlarla etirazçı toplaşıb. Onlar 1997-2007-ci illərdə Böyük Britaniya hökumətinə rəhbərlik edən Toni Bleyerin cəzalandırılmasını tələb ediblər.

Həmin dövrdə baş nazir olan T. Bleyer isə bildirib ki, İraqda buraxdığı səhvlərə görə, məsuliyyət daşımağa hazırdır. O, həmçinin Səddam Hüseynin devrilməsinin zəruri olduğunu deyib.

Ana səhifəXəbərlər”İraqda nüvə silahının yaradılması təhlükəsi olmayıb”