İran İslam Respublikasında milli mədəni fəal Siyamək Mirzayi dekabrın 29-da axşam saatlarında həbs olunub. Məlumatı Meydan TV-yə ölkədəki milli fəallar verib.
Məlumata görə, o, Ərdəbil şəhərində yerləşən öz evinin giriş qapısında İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Onun harada olduğu haqda heç bir məlumat yoxdur.
Siyamək Mirzayi 3 il müddətində Tehran həbsxanasında yatıb, sonra 1 illik Xorasan vilayətinə sürgün olunub. Bir ilə yaxındır ki, azadlığa buraxılmışdı.