İranda etiraz aksiyalarında 5 nəfərin öldüyü iddia edilir

Tehranda avtobus sürücüləri etiraz edir. Tehran hakimiyyəti avtobus sürücülərinin tətilini dayandırmağa çalışır. 

İran paytaxtında nəqliyyatı iflic etmiş tətilin hökumətə qarşı etirazlarla birləşmək təhdidi isə hakimiyyəti narahat edir.

Ötən həftə İranı bəzi bölgələrində başlanmış antihökümət etirazlarında isə sərt-xətt tərəfdarı prezident İbrahim Rəisinin, Ali dini lider Ayətulla Əli Xameneyinin istefası tələb olunur.

Hökumətin bəzi əsas ərzaq məhsullarına subsidiyaları ləğv etməsinə qiymətlərin sürətlə qalxması etirazları alovlandırıb. Ölkədə inflyasiya onsuz da 40 faizdir, işsizlik artır, bitki yağı, dərman qıtlığı yaşanır.

Təhlükəsizik qüvvələri digər şəhərlərdə artan inflyasiyaya, hökumətin bəzi subsidiyaları kəsməsinə etiraz edənlərə qarşı güc işlədir. 

Azı beş nümayişçinin öldürülməsi xəbərləri gəlir.

Müşahidəçilərin fikrincə, Tehran bu iki etirazın birləşməsini önləməyə çalışır. Şəhər hakimiyyəti mayın 17-də elan edib ki, yüksək çirklənmə səbəbindən məktəbləri və hökumət idarələrini bağlayır.

Ana səhifəVideoİranda etiraz aksiyalarında 5 nəfərin öldüyü iddia edilir