İran və Ermənistan xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

Nazirlər həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıblar

Source:


Nazirlər həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıblar

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif (Mohammad Javad Zarif) və Ermənistanın xarici işlər naziri Zöhrab (Zohrab) Mnatsakanyan Almanyanın Münix şəhərində görüşüblər, – “Mehrnews” xəbər verir.

55 -ci Münix Təhlükəsizlik Konfransı zamanı baş tutmuş ikitərəfli görüşdə tərəflər ikili münasibətlərin bank, enerji, nəqliyyat və başqa biznes sahələrində genişləndirilməsini müzakirə ediblər.

Nazirlər həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər.

Cavad Zərif həmçinin Avropa Birliyi Xarici Siyasət sədri Federika Moqerini (Federica Mogherini), Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı sədri Dunkan Luyis (Duncan Lewis), Cənubi Koreya xarici işlər naziri Kanq Kyunqva (Kang Kyung-wha) və Livan müdafiə naziri Eliaz Bou Saabla görüşüb.

Üst səviyyəli diplomatlar bazar günü bitəcək olan 3 günlük Münix Təhlükəsizlik Konfransında iştirak edirlər.

Tədbir əsasən Beynəlxalq Müdafiə və Ticarət Əməkdaşlığı siyasətini əhatə edir. Konfransda dünyanın 600-dən çox yüksək səviyyəli məmuru, o cümlədən xarici işlər nazirləri və müdafiə nazirləri daxil olmaqla yüksək səviyyəli siyasi xadimlərə iştirak edirlər.

Ana səhifəXəbərlərİran və Ermənistan xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər