İran Prezidenti Ruhaninin qardaşı mühakimə edilir

Mühafizəkarlar Firidunun maliyyə-korrupsiya ittihamları ilə mühakimə olunmasını tələb etmişdilər

Source:
Həsən Ruhani
Həsən Ruhani
Həsən Ruhani
Həsən Ruhani


Mühafizəkarlar Firidunun maliyyə-korrupsiya ittihamları ilə mühakimə olunmasını tələb etmişdilər

İki il əvvəl maliyyə pozuntuları ittihamı ilə həbs edilmiş İran Prezidenti Həsən Ruhaninin (Hassan Rohani) qardaşının məhkəməsi Tehran şəhərində başlayıb, – yerli media xəbər verir.

Hüseyn Firidun (Hossein Fereidoun) və dörd şübhəli şəxs fevralın 19-da məhkəmədə iştirak edib, – “Mizan” xəbər saytı qeyd edir.

“Mizan” yazır ki, dövlət ittihamçısı ittiham aktını oxuyub və daha ətraflı məlumat verməyib.

Firidun və qardaşı Ruhani eyni soyada sahib deyillər, çünkü Ruhani öz soyadını dəyişib.

Ruhaninin ən yüksək məsləhətçisi olan Firidun 2017-ci ildə həbs olunub və uzun müddət davam edən məhkəmə çəkişmələrindən, korrupsiya iddialarından sonra “çoxsaylı araşdırmalar” da ittiham edildiyi üçün kəfalət qarşılığında sərbəst buraxılıb.

Mühafizəkarlar Firidunun maliyyə-korrupsiya ittihamları ilə mühakimə olunmasını tələb etmişdilər.

Ruhaninin tərəfdarları Firiduna qarşı iddiaları İran Prezidentini dəyərdən salmaq üçün olan səylərin bir hissəsi kimi qiymətləndirirlər.

Xəbərdə o da bildirilir ki, növbəti məhkəmə dinləməsi gələn həftə keçiriləcək.

Ana səhifəXəbərlərİran Prezidenti Ruhaninin qardaşı mühakimə edilir