İqtisadiyyat Nazirliyi: Xəzər sahilində 127 qanunsuz tikili müəyyən edilib

Nazirlik Prezidentin 2016-cı il 15 yanvar tarixli Fərmanının 3.2-ci bəndi ilə müəyyən edilmiş Xəzər dənizinin Azərbaycana mənsub hissəsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyətinin araşdırılması ilə bağlı monitorinqlərini mütəmadi davam etdirdiyini qeyd edib

Source: https://baku.ws/


“Sənədlər tədbir görülmək məqsədilə Daxili İşlər Nazirliyinə göndərilib”

İqtisadiyyat Nazirliyi Xəzər dənizinin sahilində 127 qanunsuz tikili ilə bağlı Daxili İşlər Nazirliyinə sənədlər təqdim edib və tədbir görülməsini istəyib.

Bu barədə “Trend.az”a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat

verilib

.

Nazirlik Prezidentin 2016-cı il 15 yanvar tarixli Fərmanının 3.2-ci bəndi ilə müəyyən edilmiş Xəzər dənizinin Azərbaycana mənsub hissəsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyətinin araşdırılması ilə bağlı monitorinqlərini mütəmadi davam etdirdiyini qeyd edib:

"Ötən dövr ərzində Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik mühafizə zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti araşdırılıb, Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2.1-ci bəndinin tələbləri pozulmaqla faktiki istifadə halları ilə bağlı Cinayət Məcəlləsinin 188-ci maddəsində (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma – red.) nəzərdə tutulmuş əməllərin əlamətləri aşkar edilib.

Nazirlik həmçinin 127 hal üzrə tərtib olunmuş sənədləri tədbir görülməsi məqsədilə Daxili İşlər Nazirliyinə göndərdiyini açıqlayıb.

Ana səhifəSosialİqtisadiyyat Nazirliyi: Xəzər sahilində 127 qanunsuz tikili müəyyən edilib