İqtisadçı Neft Fondunun Moskvada 44 milyon dollar itirdiyini iddia edir

“3 il bundan 133 milyon dollara alınan “Qalereya Aktyor” ofis ticarət mərkəzinin hazırkı qiyməti 88,6 milyon dollardır”

Source:


“3 il bundan 133 milyon dollara al


ı


nan





Qalereya Aktyor





ofis ticar


ə


t m


ə


rk


ə


zinin haz


ı


rk


ı


qiym


ə


ti 88,6 milyon dollard


ı


r”

2014-cü ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə əsasən Fondun investisiya portfelinin 87,5 faizi sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən, 6,5 faiz, 2,9 faiz, 3,1 faizi isə müvafiq olaraq səhmlər, qızıl və daşınmaz əmlak investisiyalarından ibarət olub. Ötən il Dövlət Neft Fondunun vəsaitlərin idarə olunmasından əldə edilən gəlirləri 493,7 milyon dollar təşkil edib və nəticədə ümumi investisiya portfelinin gəlirliliyi 1,52 faiz olub . Bu ilin 6 ayında müvafiq göstərici 1,33 faizə qədər azalıb. Bunun başlıca səbəblərindən biri də Dövlət Neft Fondunun daşınmaz əmlaka (bu portfel London şəhərinin Seynt Ceyms 78, Paris şəhərinin Vandom meydanı 8, Moskva şəhərinin Tverskaya 16 və Seul şəhərinin Ecuro 203 ünvanında yerləşən 4 aktivdən ibarətdir) yönələn investisiyalarından əldə edilən gəlirlərin aşağı düşməsidir.

Bu fikirləri iqtisadçı Qubad İbadoğlu Facebook səhifəsində yazıb.

İqtisadçı bildirib ki, Neft Fondu tərəfindən 2012-ci ildə 133 milyon ABŞ dollarına alınan Moskva şəhərinin Tverskaya 16 ünvanında yerləşən “Qalereya Aktyor” ofis ticarət mərkəzinin dəyərini ötən ilin sonunda müstəqil qiymətləndirmə şirkətləri 5 milyard 687 milyon rubl qiymətləndirilib ki, bu da hazırkı məzənnə ilə 88,6 milyon ABŞ dollarına bərabərdir. Yalnız Moskvadakı əmlakın dəyərsizləşməsindən olan itkinin məbləği 44 milyon ABŞ dollarını ötüb.

O, dəfələrlə Rusiya bazarında investisiya qoyuluşlarının riskinin yüksək olduğunu xatırladaraq qeyd edib ki, Fondu ordakı vəsaitlərini geri çəkməyə çağırsaq da, təəssüf ki, buna hələ də əməl edilmir: “Beləliklə də Fondun həmin bazarda itkiləri getdikcə artır. Bu il ərzində Fondun Rusiya bazarındakı əməliyyatlardan itkilərin səviyyəsinin daha yüksək olacağı gözlənilir. Son məlumarlara görə, Moskvada icarə qiymətləri ilin əvvəlindən 10-15 faiz ucuzlaşıb. Proqnozlara görə, bu tendensiya ilin sonunadək davam edəcəkdir”.

Ana səhifəXəbərlərİqtisadçı Neft Fondunun Moskvada 44 milyon dollar itirdiyini iddia edir