İqtisadçı: ARDNŞ-ın qısamüddətli xarici borcları 6 milyard manata çatır

“Beləliklə, ARDNŞ-ın təkcə bu iki borcu 913 milyon manata yüksəlib”.

Mənbə: SOCAR


"Sizcə, ARDNŞ havayı səmt qazını əhaliyə baha qiymətə satmaqla borclarını bağlaya biləcəkmi?"

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2020-ci ilin maliyyə hesabatını

açıqlayıb

.

Hesabatda bildirilir ki, şirkət pandemiya dövründə həyata keçirdiyi optimallaşdırma tədbirləri nəticəsində gözlənilən zərərini azaltmağa nail olub: “Hesabat ilində ümumi dövriyyə 49,6 milyard manat olub. Dövriyyənin azalmasına səbəb dünya bazarında neft və təbii qazın qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, həmçinin neft və neft-kimya məhsullarının gəlir marjalarının əhəmiyyətli dərəcədə azalmasıdır”.

ARDNŞ-ın açıqlamasına görə, optimallaşdırma tədbirləri həyata keçirməklə, 1,4 milyard manat, ticarət, paylanma və satış seqmentində isə 0,3 milyard manatlıq mənfəət əldə edib. Bu, 2019-cu ildə bu iki seqment üzrə əldə olunan 1,6 milyard manatlıq mənfəətdən çoxdur: “Şirkət fəaliyyət göstərdiyi digər sahələrdə və bəzi xarici ölkələrdə, o cümlədən, xarici sərmayələrinin daha çox olduğu Türkiyə bazarında pandemiyanın iqtisadi təsirlərinə məruz qalıb. Nəticədə il ərzində 1,7 milyard manat zərər edib”.

Hesabatda qeyd olunur ki, 2020-ci ildə ARDNŞ-ın ümumi aktivlərinin dəyəri 64,2 milyard manat, cari aktivlərin dəyəri 18,3 milyard manat, uzunmüddətli aktivlərin dəyəri isə 45,9 milyard manat həcmində qiymətləndirilib: “Cari öhdəlikləri 20,6 milyard manat, uzunmüddətli öhdəlikləri isə 21,6 milyard manat olub. Hesabat ilində ARDNŞ-ın cəmi kapitalı 21,9 milyard manat, nağd pul vəsaitləri 6,2 milyard manat, ümumi öhdəliklərin ümumi aktivlərə nisbəti isə 66 faiz olub”.

ARDNŞ-ın maliyyə hesabatını Ernst & Young Holdings (CIS) B.V. beynəlxalq audit şirkəti hazırlayıb.

İqtisadçı Rövşən Ağayev deyir ki, ARDNŞ 2019-cu ildə 1.3 mlrd. manatdan çox mənfəət əldə etmişdi: "Ötən ili isə zərərlə başa vurub. Zərərin belə kəskin artımı "digər əməliyyat xərcləri"nin 3 dəfədən çox artaraq 605 mln. manatdan 1.9 mlrd. manata çatmasıdır. Hesabatdan görünən budur ki, bu xərclərin artımı əsasən, "aktivlərin dəyərsizləşməsi" xərclərinin əhəmiyyətli dərəcədə artımıdır (268 mln. manatdan təxminən 1.7 mlrd. manata). Diqqəti çəkən başqa bir məqam cari öhdəliklərin xeyli artmasıdır”.

Rövşən Ağayevin fikrincə, 2019-da cari aktivlər cari öhdəlikləri 11 faiz üstələdiyi halda, 2020-də əksinə, cari öhdəliklər cari aktivləri 13 faiz üstələyib: “Cari öhdəliklərin məbləği 20 faiz (3.4 mlrd. manat) artaraq 20.6 mlrd. manata çatıb. Bu artımlarda qısamüddətli borc öhdəliklərinin və uzunmüddətli borcların cari hissəsinin 1.3 mlrd. manat artması da əsas səbəblərdən biri olub”.

İqtisadçı bildirir ki, ARDNŞ-ın 2020-ci il maliyyə fəaliyyətinin yekunları ilə bağlı daha bir detal isə il ərzində şirkətin məcmu kapitalının 10 faiz (2.4 mlrd. manat) azalmasıdır.

rovsen.jpg
Rövşən Ağayev

Onun fikrincə, bu azalma ARDNŞ-ın əvvəlki illərdən toplanmış 7.6 mlrd. manat "bölüşdürülməmiş mənfəəti"nin əriməsi hesabına baş verib: “Bəs bölüşdürülməmiş mənfəət niyə belə kəskin azalıb? Əvvəla, ARDNŞ 2020-ci ildə mənfəət vergisi üzrə xərc də nəzərə alınmaqla 1.750 mlrd. manat məbləğində ümumi zərəri bu mənbə hesabına qapadılıb. Bundan əlavə, ARDNŞ 2020-ci il ərzində hökumətin sosial (təhsil, səhiyyə, mədəniyyət və s.) layihələrinə 442 mln. manat bu mənbədən dəstək verib”.

Rövşən Ağayev deyir ki, ARDNŞ il ərzində hökumətin infrastruktur layuhələrinə dəstək versə də, özü də hökumətdən dəstək alıb: “Məsələn, il ərzində şirkətin nizamnamə kapitalına 52 mln. manat qoyuluş edib. Maliyə Nazirliyi isə ARDNŞ-a son qaytarılma müddəti 2029-cu il olmaqla 0.1 faiz dərəcə ilə 139 mln. manat borc verib”.

Azərbaycan Demokratik Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu da hesab edir ki, 2019-cu ili 651 milyon manat xalis mənfəətlə başa vuran ARDNŞ 2020-ci il 1 milyard 734 milyon manat zərərə düşüb. Üstəlik, şirkətin qısamüddətli xarici borcları 6 milyard manata çatır: “Bununla yanaşı, ötən il ARDNŞ Azərbaycan Beynəlxalq Bankından 4-4,8 faizlə 559 milyon manat götürməyi razılaşdırıb. Beləliklə, həmin məbləğ 2022-ci il iyulun 21-dən götürüləcək və 2026-cı ilədək ödənəcək. Bununla bitmir, eyni zamanda, şirkət Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 2024-cü ilin 12 yanvarından başlayaraq 2039-cu ilədək qaytaracağı 354 milyon manat götürüb. İllik faiz isə 0,1-3,8-dir. Beləliklə, ARDNŞ-ın təkcə bu iki borcu 913 milyon manata yüksəlib”.

78309566_10218390598228031_2732151013359222784_n.jpg
Qubad İbadoğlu

İqtisadçı deyir ki, ARDNŞ-ın Azərbaycan İnvestisiya Şirkətinə ödənilməmiş istiqrazlar üzrə 175 milyon manat, Azərbaycan Dövlət Neft Fonduna isə 2 milyard 960 milyon manat borcu yaranıb:

“Sizcə, ARDNŞ havayı səmt qazını əhaliyə baha qiymətə satmaqla zərərini ödəyə, borclarını bağlaya biləcəkmi? Əlbəttə ki, yox. Prezidentin 23 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinə (AİH) SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə SOCAR-ın idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini, eləcə də beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Ayrılan müddət bu ayın 23-də başa çatır. Bundan sonra ARDNŞ-la bağlı yekun qərarlar gözlənilir”.

Ana səhifəİqtisadiyyatİqtisadçı: ARDNŞ-ın qısamüddətli xarici borcları 6 milyard manata çatır