Layihə barədə: Meydan TV-nin “Meydanda yeddi sual” layihəsi peşəkar, siyasi, ictimai tərəflərini tanıdığımız, bələd olduğumuz insanlara fərqli baxış bucağından baxmaq, onları bir az daha fərqli tanımağa xidmət edir. Meydan TV əməkdaşlarının hazırladığı 7 standart sualı cavablandırarkən, bu insanlar nə qədər səmimi ola biləcəklər, bunun özü də sualdır.
Budəfəki qonağımız Ümid Partiyasının sədri İqbal Ağazadədir
–
Sizcə, ən böyük xəyanəti kimə etmisiniz?
– Həyatda ən böyük xəyanəti vicdanıma etmişəm…
–
İndiyə qədər sizi utandırmaqda davam edən işiniz, ya hərəkətiniz hansıdır?
– Var. Lakin bir şey ki, hələ də məni utandırırsa, sizcə, onu bölüşməliyəmmi?
–
Həyatınızdan silmək istədiyiniz gün?
– 28 fevralı həyatımdan silmək istərdim…
–
İlk siqaretinizi neçə yaşında çəkmisiniz?
– İlk siqaretimi 4 yaşında çəkmişəm. Evdə işləyən ustaların “Avrora” siqaretini oğurlayırdım
–
Gənclikdə ya sonra narkotiklərdən istifadə etmisiniz?
– Narkotikdən istifadə etmişəm. Bu, hərbi xidmətdə olarkən təsadüfən baş verib
–
Nə vaxtsa özünüzdən yaşca çox böyük, ya da çox gənc, ya da evli qadına (kişiyə) vurulmusunuz? Sirr deyilsə, sonu necə olub?
– İnsan yaşadığı surətdə çox vurulur, lakin hər vurulmaq sevgi olmur. Vurulduğum dönəmlər olub, qocalanda sonlarını bir-bir danışacam…
–
Tək qalsanız, özünüzə hansı yeməyi bişirə bilərsiniz?
– Hər yeməyi bişirə bilirəm, lakin qurman olmadığım üçün pendir-çörək yeməklə də kifayətlənə bilirəm