İntiqam Əliyevlə bağlı kampaniya başlandı

Dünyanın hər yerindən hüquqşünas üçün dəstək məktubları və kitablar göndərilir

Source:

Dünyanın hər yerindən hüquqşünas üçün dəstək məktubları və kitablar göndərilir

Həbs olunan hüquqşünas İntiqam Əliyevlə bağlı Facebook sosial şəbəkəsində “İntiqam Əliyev üçün həbsxanaya hərəyə bir dəstək məktubu və kitab göndərək” kampaniyası başladılıb. Yaradılan “event”ə artıq 102 nəfər qoşulub. (buradan bax: https://m.facebook.com/events/1536056449957634?refid=17&_ft_=app_id.0)

 Kampaniyanın təşəbbüskarı İ.Əliyevin qızı Nərmin Əliyevadır. O, Meydan TV –yə deyib ki, kampaniyanı atası üçün motivasiya olsun deyə başladıb: “Belə vaxtlarda dəstək önəmlidir. Bir çoxu atama məktub göndərmək istəyirdi, mən də onlara bu şansı yaratdım”.

Nərmin Əliyevanın sözlərinə görə, İntiqam Əliyev Bakı İstintaq Təcridxanasında oxumaq üçün bədii, fəlsəfi, siyasi kitablar istəyib. Kitablar Azərbaycan və rus dillərindədir. Nərmin əlavə edib ki, dünyanın hər yerindən İntiqam Əliyev üçün dəstək məktubları və kitablar gəlir.   Kitablar ingilis və rus dillərindədir.

 İntiqam Əliyev 8 avqustda həbs edilib. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan olunur. İ. Əliyev ittihamları qəbul etmir və bu həbsi fəaliyyəti ilə bağlayır.

Ana səhifəXəbərlərİntiqam Əliyevlə bağlı kampaniya başlandı