İntiqam Əliyevin səhhəti ağırlaşıb

Hüquq müdafiəçisi vəkili ilə görüşə gedə bilmədi

Source:


Hüquq müdafiəçisi vəkili ilə görüşə gedə bilmədi

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin səhhəti pisləşib. Məlumatı onun vəkili Cavad Cavadlı Facebook səhifəsində paylaşıb.

Vəkil mayın 15-də İntiqam Əliyevlə görüşə gedib, lakin o, kəskin ağrılara görə görüşə gələ bilməyib.

“İqtiqam Əliyevlə görüşmək üçün Bakı İstintaq Təcridxanasına getmişdim. İntiqam müəllim görüşə gəlmədi və xəbər göndərdi ki, belində kəskin ağrılara görə hərəkət edə bilmir. Çox həyəcanverici bir xəbərdir. Hazırda Penitensiar Xidmətə və Bakı İstintaq Təcridxanasına müraciətlər hazırlayıram”, – deyə vəkil qeyd edib.

Ana səhifəXəbərlərİntiqam Əliyevin səhhəti ağırlaşıb