Hüquqşünasa verilmiş suvenir xəncərlər də götürülüb
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, tanınmış hüquqşünas İntiqam Əliyevin Saray qəsəbəsindəki mənzilində axtarış başa çatıb. Hadisə yerində olan Meydan TV əməkdaşının məlumatına görə, mənzildən 2 noutbuk, 2 stolüstü kompyuter (onlardan biri işləmir), hesabatlar, disklər, yaddaş kartları və suvenir xəncərlər götürülüb.
Əməliyyata rəhbərlik edən şəxs müxbirin “suvenirləri niyə götürmüsüz” sualına cavab vermək istəməyib. Vəkil Anar Qasımov isə bunun səbəbini belə açıqlayıb: “Ola bilsin ki, həmin xəncərləri soyuq silah kimi qeyd etsinlər”.