“Vəkillərimdən fərqli olaraq hakimdən ədalətli qərar gözləmirəm”
Bakı Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin sədri İntiqam Əliyev haqqında həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.
Meydan TV-in məhkəmədən verdiyi məlumata görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyev bildirib ki, vəkillərindən fərqli olaraq o, hakimdən ədalətli qərar gözləmir: “Çünki siz NİDA-çılar, Anar Məmmədli, Bəşir Süleymanlı və neçə-neçə demokratiya uğrunda mübarizə aparan insan haqqında ədalətsiz qərara imza atmısnız”.