Interpol azərbaycanlı rektoru Almaniyada saxlayıb

Sabiq rektor Riyd Əliyev Almaniyanın Nürnberq şəhərinin həbsxanasındadır

Source:


Sabiq rektor Riyd Əliyev Almaniyanın Nürnberq şəhərinin həbsxanasındadır

Bu barədə Riyad Əliyevin təsisçisi olduğu saytın əməkdaşları Facebook səhifələrində məlumat yayıblar. Onlar bildiriblər ki, oktyabrın 5-də İnterpolun əməkdaşları Təfəkkür Universitetinin sabiq rektoru Riyad Əliyevin işlədiyi ofisə gələrək onu həbs ediblər.

Sabiq rektor Almaniyanın Nürnberq şəhərinin həbsxanasına aparılıb.

İnterpol Riyad Əliyevin Azərbaycan tərəfindən axtarışa verilməsi barədə bu ilin may ayında məlumat yayıb. Məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Ana səhifəXəbərlərInterpol azərbaycanlı rektoru Almaniyada saxlayıb