Peyvəndlərin qiyməti 750 dollaradəkdir
İnternetdəki müəyyən proqramlar vasitəsilə saxta Covid-19 peyvəndləri, peyvənd pasportları və saxta koronavirus test nəticələri satılır.
BBC News türkcə
yazır ki,
“Astra Zeneca”, “Sputnik”, “Sinopharm” və “Johnson & Johnson” (Janssen) peyvəndlərinin qiyməti 500-750 dollar arasındadır.
Saxta peyvənd sertifikatları isə 150 dollardan başlayan qiymətlərlə alıcı tapır. Tədqiqatçılar son vaxtlar peyvəndlə əlaqəli qaranlıq veb reklamlarında böyük bir artım olduğunu söyləyirlər.