“Ürək-damar və onkoloji xəstəliklərdən ölənlərin 15 faiz artması gözlənilir”
“Son 25 ildə Azərbaycanda insanların böyük qismi qeyri-infeksion xəstəliklərdən vəfat edir”, – Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) şöbə müdirinin müavini Nabil Seyidovun sözləridir.
Məlumatı APA yayıb.
Nabil Seyidov qeyd edib ki, ölkədə insanlar, əsasən, ürək-damar, beyin-damar (insult, infarkt) (51 faiz) və onkoloji xəstəliklərdən (11 faiz) vəfat edirlər: “Proqnozlara görə, 2020-ci ilədək ürək-damar və onkoloji xəstəliklərdən ölənlərin 15 faiz artması gözlənilir”.
Həkim ölkədə qeyri-infeksion xəstəliklərdən ölən və xəstələnənlərin əsasən, əməkqabiliyyətli insanlar olduğunu söyləyib. Ölüm hallarının 80 faizinin qeyri-infeksion xəstəliklərin payına düşdüyünü bildirib.