“Vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı“nın müddəti 6 ay uzadılacaq”
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Bu barədə “Report” xəbər yayıb.
Məlumatda bildirilir ki, koronavirus xəstəliyini keçirən və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı“nın müddəti 6 ay uzadılacaq.