İlqar Vəlizadə: ATƏT yalnız sülhün qorunması ilə məşğul olmamalıdır

”Çox təəssüf ki, ATƏT-nin hər yeni sədri praktiki əhəmiyyət daşımayan ifadələr işlədir”

Source:


”Çox təəssüf ki, ATƏT-nin hər yeni sədri praktiki əhəmiyyət daşımayan ifadələr işlədir”

“ATƏT regionunda davam edən münaqişələrin hərbi yolla həlli yoxdur”.

Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz Daimi Şurada Avstriya sədrliyinin prioritetlərini açıqlayarkən deyib.

O bildirib ki, münaqişələrin siyasi yolla həllinə nail olmaq üçün daha çox dialoqa ehtiyac var.

ATƏT-in hazırki sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts və Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada görüşəcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Nazirlər görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

Görüş ATƏT sədrinin yanvarın 17-18-də Moskvaya səfəri çərçivəsində baş tutacaq.

Siyasi icmalçı İlqar Vəlizadə Meydan TV-yə deyib ki, Sebastyan Kurtsın açıqlamaları və görüşü növbəti addımlardan biridir və əslində, münaqişə tərəfləri üçün heç bir əhəmiyyət daşımır:

“Ümumiyyətlə, ATƏT-in məqsədi sülhün qorunub saxlanılmasıdır, təkcə Qarabağla bağlı deyil, bütün münaqişəli zonalarda eyni cür münasibət sərgiləyirlər”.

İlqar Vəlizadə düşünür ki, münaqişə tərəfləri ATƏT-dən başqa şey gözləyirlər:

“ATƏT yalnız sülhün qorunması, yaxud konservasiyası ilə məşğul olmamalıdır, qurum problemin həllilə bağlı əməli işlər aparmalıdır. Çox təəssüf ki, ATƏT-nin hər yeni sədri praktiki əhəmiyyət daşımayan ifadələr işlədir və sözün əsl mənasında münaqişələrin konservasiyasıyla məşğul olurlar. Bununla da ATƏT münaqişələrin konservasiyayla məşğul olan quruma çevrilib. Bunu yalnız Azərbaycan yox, Ukrayna, Moldova, Gürcüstan da deyir. Halbuki, müasir tarixdə danışıqlar yolu ilə münaqişələrin həll olunması baş verməyib. Bu baxımdan ATƏT münaqişələrin həlli prizmasında ən sonuncu rol oynayan təşkilatdır. Lakin konservasiyaya maraqlı olan dövlətlər bundan istifadə edir. Məsələn, Ermənistan ATƏT-in rolunu çox yüksək qiymətləndirir, Rusiya da Ukrayna məsələsində eyni mövqe sərgiləyir. Son vaxtlar Almaniya və Fransa oxşar münasibət göstərir və ATƏT-in mexanizmlərindən istifadə edirlər. Bu da ATƏT-in cari sədri üçün əlverişlidir”.

Ana səhifəAnalitikaİlqar Vəlizadə: ATƏT yalnız sülhün qorunması ilə məşğul olmamalıdır