Azər Qasımlı, Natiq Cəfərli, Erkin Qədirli və Xalid Bağırov REAL-da mühüm postlara təyin olunub
Martın 25-də Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsinin iclası keçirilib.
REAL-dan Meydan TV-yə verilən məlumata görə, iclasda iş planı və Təşkilat Komitəsinin Sədri, siyasi məhbus İlqar Məmmədovun təyinatları müzakirəyə çıxarılaraq təsdiq edilib.
Beləliklə, İlqar Məmmədov, İctimai-siyasi məsələlər üzrə katib – Azər Qasımlını, Təşkilati məsələlər üzrə katib – Natiq Cəfərlini, Konseptual məsələlər üzrə katib – Erkin Qədirlini, Hüquqi məsələlər üzrə katib – Xalid Bağırovu təyin edib.