İlqar Məmmədov tibb məntəqəsinə yerləşdirilib

ReAL Ombudsman Aparatına və Qırmızı Xaç Cəmiyyətinə müraciət etdi

Source:


ReAL Ombudsman Aparatına və Qırmızı Xaç Cəmiyyətinə müraciət etdi

ReAl Hərəkatının sədri, prezidentliyə keçmiş namizəd İlqar Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsinin tibbi məntəqəsinə yerləşdirilib. Bu barədə ReAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli məlumat yayıb. Məlumatda deyilir: “İlqar Məmmədovun xəstələnməsi barədə vəkili Fuad Ağayev noyabrın 12-də məlumat vermişdi. Ancaq son üç gündə İlqar Məmmədovun səhhəti barədə heç bir məlumat yoxdur. Bu gün əldə etdiyimiz məlumata görə, İlqar Məmmədov tibbi məntəqəyə yerləşdirilib”.

Yaranmış vəziyyətlə əlaqədar ReAl Hərəkatının İdarə Heyəti, İnsan Haqları Ombudsmanı Aparatından və humanitar missiyasını nəzərə alaraq Qırmızı Xaç Cəmiyyətindən nümayəndələrinin İlqar Məmmədovun yanına göndərməsini, onun durumu barədə ictimaiyyətə və yaxınlarına məlumat verməsini xahiş edir.

Ana səhifəXəbərlərİlqar Məmmədov tibb məntəqəsinə yerləşdirilib