İlqar Məmmədov Avropa Birliyinin nümayəndəsi ilə görüşüb

Azərbaycanda insan haqlarının qorunması məsələsi müzakirə edilib

Source:

24 fevralda REAL Hərəkatının sədri İlqar Məmmədov həbsxanada Avropa Birliyinin insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidislə görüşüb.

Bu haqda

cumhuriyyet.org

saytı məlumat verib.

1 saata qədər davam edən görüş zamanı Avropa Enerji təhlükəsizliyi konteksində Azərbaycanda insan haqlarının qorunması məsələsi müzakirə edilib. Görüşdə Avropa Birliyinin Azərbaycandakı missiyasının rəhbəri səfir Malena Mard da iştirak edib.

2013-cü il martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsi 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar 18 nəfər təqsirləndirilən şəxsin barəsində hökm verib.


ReAl Hərəkatının lideri İlqar Məmmədov 7 il azadlıqdan məhrum edilib.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İlqar Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İ.Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

Ana səhifəXəbərlərİlqar Məmmədov Avropa Birliyinin nümayəndəsi ilə görüşüb