İsmayıllı hadisələrinə görə hökm çıxarıldı

İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il azadlıqdan məhrum edildi.

Source:


İlqar Məmmədov 7 il,  Tofiq Yaqublu 5 il azadlıqdan məhrum edildi.

Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə üzrə proses başa çatıb. Hakim ReAL hərəkatının sədri İlqar Məmmədova 7 il, Müsavat başqanının müavini Tofiq Yaqubluya 5 il azadlıqdan məhrumetmə cəzası kəsib. İlqar Məmmədovun vəkili Fuad Ağayev Meydan TV-yə bildirib ki, hökmü çıxaran hakimlərin nə vaxtsa başı ağrıyacaq: “Birmənalı olaraq qanunsuz, ədalətsiz hökmdür. Ona görə ki, biz vəkillər proses zamanı İlqar Məmmədova  və Tofiq Yaqubluya verilən ittihamların uydurma olduğun sübuta yetirdik”. Hakim İsmayıllı hadisələrində həbs olunan digər təqsirləndirilən 16 nəfərə 3-8 il arası azadlıqdan məhrumetmə cəzası kəsib.

Qeyd edək ki, ötən ilin 23 yanvarında İsmayıllı rayonundakı “Çıraq” hotelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir edəndən sonra etirazlar olmuşdu. Bunun nəticəsində hotel və bir sıra avtomobillər yandırıldı. Bir gün sonra isə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının istefası tələb olunub. Fevralın 14-də isə icra başçısı vəzifəsindən azad edilib. Indiyə qədər İsmayıllı olaylarına görə 20 nəfər tutulub.

Ana səhifəXəbərlərİsmayıllı hadisələrinə görə hökm çıxarıldı