”İllərdir mənzillərimizə çıxarış ala bilmirik”

”Yeni Bakı” şəhərciyinin sakinləri ”İlin Dörd Fəsli” MMC-dən şikayət edirlər

Source:


”Yeni Bakı” şəhərciyinin sakinləri ”İlin Dörd Fəsli” MMC-dən şikayət edirlər

Abşeron rayon Masazır qəsəbəsi “Yeni Bakı” şəhərciyinin sakinlərinin də “İlin Dörd Fəsli” (İDF) tikinti şirkətindən şikayətçidirlər.

Bildirirlər ki, illərdir onlara söz verilsə də mənzillərinə çıxarış (“kupça”) verilmir. Buna görə evlərində qeydiyyata düşə bilməyən sakinlər MMC tərəfindən aldadıldıqlarını söyləyirlər:

“Biz şirkətin rəhbəri Elnur Hüseynovu şəhərciyə dəvət edirik. Gəlsin, camaatla görüşsün, dərdimizi dinləsin. Biz problemlərin ən qısa zamanda həll olunmasını tələb edirik”.

Sakinlər bildirirlər ki, evi alanda söz vermişdilər ki, 70 faiz yaşayış olan kimi çıxarış alacaqlar. Sonra qazlaşdırma olandan sonra problemin həll ediləcəyini söyləyiblər:

“İndi hər ikisi var, ancaq çıxarış yoxdur. Evi satanda bəh-bəhlə tərifləməyi bilirdilər, indi zəhmət çəkib işlərini sona çatdırsınlar. Bizim çıxarışlarımızı versinlər. Biz dəfələrlə şirkətin rəhbərliyi ilə görüşmək üçün müraciət etmişik. Hətta bunun üçün baş ofislərinə də getmişik. Bizi qəbul etmirlər. Halbuki Elnur Hüseynov bilməlidir ki, biz onun şirkətindən ev almaqla ona milyonlar qazandırmışıq. Bizim sayəmizdə varına var qatıb. Bizi qəbul etmək onun ən azı etik borcudur. “Ən azı etik borcudur” deyirik, çünki əslində o, həm də bu problemli yaşayış kompleksini bizə satmaqla bizi aldadıb. Aldadılmış vətəndaşlar olaraq bizi dinləmək onun Azərbaycan qanunları qarşısında öhdəliyidir”.

Prezident Administrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Süleyman İsmayılov

Azərtac-da dərc edilən “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” sərlövhəli yazısında sakinlərin ən çox şikayət etdiyi tikinti şirkətlərinin adını çəkib.

Bu siyahıda “İlin Dörd Fəsli” MMC-nin adı olmasa da, o bildirib ki, 2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti ilə bağlı şikayətlər ünvanlayıblar.

Şöbə müdiri qeyd edib ki, daxil olan şikayətlərdə çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə əməl edilməməsindən bəhs olunub.

Onun vurğulamasına görə, eyni zamanda, bəzi şirkətlərdə bildirilib ki, mənzillər bir sıra hallarda iki və daha artıq şəxsə satılıb.

Ana səhifəXəbərlər”İllərdir mənzillərimizə çıxarış ala bilmirik”