İlhamə Quliyevanın köməkçisi azadlığa buraxılıb

Mehriban Hüseynovaya 1 il 3 ay müddətinə şərti cəza verilib

Source:


Mehriban Hüseynovaya 1 il 3 ay müddətinə şərti cəza verilib

Fevralın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti İlhamə Quliyevanın köməkçisi olmuş Mehriban Hüseynovanın məhkəməsi başa çatıb.

Meydan TV-nin məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, M. Hüseynova barəsində şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Ona 1 il 3 ay müddətinə şərti cəza verilib.

M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva ötən il fevralın 25-də dünyasını dəyişib

Ana səhifəXəbərlərİlhamə Quliyevanın köməkçisi azadlığa buraxılıb