İlham Əliyevin seçiciləri digər namizədin görüşündə

Qaraçuxur qəsəbəsində prezidentliyə namizəd Fərəc Quliyevlə görüşdür. Görüşə gələnlər deyirlər ki, kiminlə görüşə gəldiklərini bilmirlər. Onlar ya məktəb müəllimləridir, ya da poliklinika işçiləri. Aralarında İlham Əliyevin seçiciləri də var.

Sorğu keçirdiyimiz vaxt özünü Fərəc Quliyevin nümayəndəsi kimi təqdim edən şəxs çəkilişə mane olmağa çalışır. Kameraya hücum edir və əlimizdən almağa çalışır. Amma buna nail olmur.

Saat 4 və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə görüş başlayır. Bir müddət sonra zalda yuxuya gedənləri görmək olur.

Fərəc Quliyev bildirir ki, görüşə heç kim məcburi gətirilməyib, onlar sevə-sevə gəliblər.

11 apreldə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu dəfə prezidentlik müddəti 7 il olacaq.

Ana səhifəVideoİlham Əliyevin seçiciləri digər namizədin görüşündə