Mərkəz publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək
Azərbaycan Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Bu barədə Prezident İlham Əliyev aprelin 6-da fərman
imzalayıb
.
Fərmana əsasən, publik hüquqi şəxsin vəzifələrinə elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılması, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferi və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və əlaqələndirilməsi daxildir.
Bildirilir ki, mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi və nizamnaməsinin, nizamnamə fondunun miqdarını Nazirlər Kabineti müəyyənləşdirəcək.