”İlham Əliyev seçkidən və xalqdan qorxur”

Aprelin 11-nə təyin olunmuş növbədənkənar prezident seçkisi Müsavat Partiyasının Məclis üzvləri ilə müzakirə edilib. Vaxtına 2 ay qalmış seçkiyə qatılmaq, ya qatılmamaq? Partiyanın başqanı Arif Hacılıya görə, əsas müzakirə saxta seçki prosesinə müqavimətin hansı formada aparılacağını qərarlaşdırmaqdır.

Növbədənkənar seçkinin elan olunmasından 2 həftə əvvəl Müsavat Partiyasının prezidentliyə namizədliyini bəyan edən İsa Qəmbər İlham Əliyevin xalqdan və seçkidən qorxduğu üçün vaxtı önə çəkdiyini deyib.

Müsavat Partiyasının üzvləri də növbədənkənar seçki ilə bağlı fikirlərini bölüşüblər.

Müsavat Partiyasının 69 məclis üzvü seçkiyə qatılmamağa səs verib. 6 nəfər isə qərarın əleyhinə səs verib.

Beləliklə, müxalif düşərgədən Müsavat, AXCP, REAL, Nida Vətəndaş Hərəkatı, D18 Hərəkatı seçkini boykot edib. İlham Əliyev 2 ay sonra keçiriləcək növbədənkənar seçkiyə əsas oppenentləri il getmir.

Ana səhifəVideo”İlham Əliyev seçkidən və xalqdan qorxur”