İlham Əliyev: Pambığın alış qiymətini artırdıq ki, çox pul qazansınlar

Vahid Məhərrəmov: ”Azərbaycanda pambığın alış qiyməyi Türkiyə və İranla müqayisədə 3 dəfə aşağıdır”

Source:


Vahid Məhərrəmov: ”Azərbaycanda pambığın alış qiyməyi Türkiyə və İranla müqayisədə 3 dəfə aşağıdır”

“Pambığın alış qiymətini artırdıq ki, tarlalarda işləyənlər daha çox pul qazansınlar”.

“Report”-un məlumatına görə, bu sözləri dövlət başçısı İlham Əliyev sentyabrın 3-də Salyanın Kürsəngi kəndindəki pambıq sahələrinə baxışı zamanı deyib.

“Pambığın alış qiymətini də artırdıq ki, indi bu tarlalarda işləyənlər daha çox pul qazansınlar. Şərait də yaxşı olmalıdır. Forma da verilib. Gərək sizin bütün iş şəraitiniz yaxşı olsun. Siz gərək yaxşı işləyənləri fərqləndirəsiniz. Əlavə olaraq yaxşı mükafat verilsin”, – deyə o əlavə edib.

Prezidentin fikirlərini Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, Azərbaycanda pambığın alış qiyməyi Türkiyə və İranla müqayisədə 3 dəfə aşağıdır:

“Hər iki ölkədə fermerlərdən 1 kiloqram pambıq 90 sentə alındığı halda Azərbaycanda 33 sentə alınır. Əslində, dövlət məmurları, xüsusən kənd təsərrüfatı və iqtisadi inkişaf nazirləri manipulyasiya etdilər, yəni manatın dəyərdən düşməsindən istifadə olundu”.

Vahid Məhərrəmov

Vahid Məhərrəmovun sözlərinə görə, bələdiyyə və kənd icra nümayəndələri dövlət və istifadə olunmayan pay torpaqlarını ələ keçirib, həmin sahələrdə pambıq əkiniylə məşğuldurlar. Bu isə pambığın inkişafı üçün stimul vermir.

“Sovet dövründə inzibati qaydayla kolxoz sədrlərinə tapşırıq verildiyi kimi, indi də bələyyə və icra nümayəndələrinə həmin göstəriş verilir. Bu yolla həyata keçirilən əkin çox gec aparılıb və artıq bu ilin məhsuldarlığını müəyyən etmək mümkündür. Təxminən hər hektardan 10-11 sentner məhsul gözlənilir, bəli, yüksək olan sahələr də var. Məsələ ondadır ki, bəzi fermerlər uzun illər bu sahəylə məşğul olduqlarından onlar aqrotexniki qaydalara əməl edirlər. Amma 80 faiz ərazidə məhsuldarlıq çox aşağıdır. Bitkinin hündürlüyü 15 santimetrdir, üzərində 2-3 qoza var, normal inkişaf etmiş sahələri isə alaq otları basıb. Bu mənada belə sahələrdən bol məhsul gözləmək mümkünsüzdür”,- deyə Məhərrəmov fikrini tamamlayıb.

Ana səhifəXəbərlərİlham Əliyev: Pambığın alış qiymətini artırdıq ki, çox pul qazansınlar